44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini ortaya qoymuşdur. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər.
Son 30 il ərzində Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında qarşıdurma yaratmaq olub. Ermənistanın bütün səylərinə baxmayaraq Vətən müharibəsi düşmən ölkənin bütün səylərini məhv etmişdir.