Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbəyə imza ataraq ərazilərimizin bütövlüyünü bərpa etməklə ölkəmizin haqq işini bütün dünyaya çatdırmışdır. Vətən müharibəsi yeni reallıqlar yaratmışdır.

 

Prezident İlham Əliyev YAP-ın VII qurultayında qeyd etmişdir: Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq və olmalıdır.  Hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.  Azərbaycan yeni dövrə qədəm qoydu. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.