Ötən əsrin 90-cı illərində ölkədəki siyasi vəziyyət Azərbaycanın gələcəyi üçün ciddi təhlükə yaradırdı. Azərbaycanın güclü Liderə ehtiyacı vardı. 1993-cü ilin oktyabr ayında Ulu Öndər xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Bu, ölkəmizdə yeni tarixi dövrün başlanğıcı kimi qiymətləndirilməlidir.
Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.
Bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi.