Ötən illər ərzində ölkəmizdə həyata keçirilmiş sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənmişdir.  Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində  Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilmişdir.  Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması, iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var. Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır.

 

Bu uğurlar Azərbaycanın dünyada artan nüfuzunun və imicinin birbaşa göstəricisidir.  Azərbaycanın  beynəlxalq miqyasda qazandığı uğurların kökündə ilk növbədə ölkəmizin etibarlı siyasi və iqtisadi tərəfdaş olması, qətiyyətli və prinsipial mövqe tutması, sülhə və əmin-amanlığa layiqli töhfələr verməsidir.

 

Eyni zamanda, Azərbaycan bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında əsas tərəfdaşlardan biridir. Ölkəmiz beynəlxalq miqyaslı bütün məsələlərdə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməklə etibarlı tərəfdaş olduğunu hər zaman nümayiş etdirmişdir. Bunun da məntiqi nəticəsi olaraq Azərbaycanın beynəlxalq nüfuzu sürətlə yüksəlməkdədir.