Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və milli maraqların təmin olunmasına  xidmət edən dövlətçilik  strategiyası son illər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.  Bu illər ərzində  sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi və bu statusu uğurla daşıması beynəlxalq birlik tərəfindən qəbul olunmuş faktdır.

 

Qeyd olunmalıdır ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib.

 

Təsadüfi deyil ki, Cənubi Qafqazı əhatə edən hər hansı beynəlxalq layihənin Azərbaycanın maraqlarını nəzərə almadan həyata keçirilməsi mümkün deyil. Azərbaycanla hesablaşır, məsləhətləşir və hər bir əməkdaşlıq məsələsində ölkəmizi əsas tərəfdaş kimi qəbul edirlər.