Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi yeni siyasi reallıqlar yaratmışdır. Böyük Zəfərdən sonra ölkədəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olmuşdur. Bunun ən bariz nümunəsi Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilmiş VII qurultayında 6 siyasi partiyanın - Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demoktatik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına qoşulmasına dair qərar qəbul edilməsidir.
Birmənalı olaraq qeyd olunmalıdır ki, bu qərar ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Digər tərəfdən, 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamdan irəli gəlir. Yeni siyasi reallıqlar fonunda bu proses Azərbaycanda demokratik ab-havanın yaxşılaşmasına öz töhfələrini verəcək.