Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara şəhər 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Tariximiz bizim üçün dərs olmalıdır” mövzusunda onlayn tarix dərsi keçirilib.

 

Təhsil şöbəsindən verilən məlumata görə, tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və  şəhər 5 nömrəli tam orta məktəbin  müəllim və şagirdləri iştirak ediblər.

 

Sonra rayonun Pensər kənd 2 nömrəli tam orta məktəbində rəsm sərgisi keçirilib.