26 fevral Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı Ağdam rayonu 149 saylı tam orta məktəbin 7 a sinif şagirdlərinin və fənn müəllimi Əzizə Abdullayevanın   iştirakı ilə "Qısası alınan, Xocalım!" adlı tədbir keçirilib.

 

Onlayn təşkil olunan tədbirdə  şagirdlər qanlı hadisəyə aid şeirlər səsləndirib, çəkdikləri rəsmləri nümayiş etdiriblər. Rəsmlərdə Xocalı qısası alınmış şəhər kimi göstərilib və məktəblilər 44 günlük Vətən Müharibəsində qazanılan qələbəni düşmənə verilən ən gözəl cavab kimi anladıblar.