Bu il Bakı məktəblərini təxminən 26 min nəfərdən çox 11-ci, 27 min nəfərdən artıq isə 9-cu sinif şagirdi bitirir. Bu barədə jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

 

İdarə müdirinin sözlərinə görə, builki "Son zəng" tədbirləri də yaxşı səviyyədə keçiriləcək. İyunun 14-də keçiriləcək tədbirlər yalnız məktəb daxilində və iki saat ərzində nəzərdə tutulub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi hər il olduğu kimi bu il də "Son zəng" tədbirlərində şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün müxtəlif qabaqlayıcı tədbirlər görüb və bu məqsədlə müvafiq orqanlara müraciətlər edib.