Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli  tam orta məktəbin tarix müəllimi Günel Mirzəyevanın rəhbərliyi altında  VI, VII, VIII sinif şagirdləri ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Qəhrəmanlar unudulmurlar” adlı videokonfrans keçirilib.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək və vətən uğrunda şəhid olan qəhrəmanlarımızı onlara tanıtmaqdır.

 

Videokonfransda  Mübariz İbrahimovun şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaldıb və  “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Daha sonra şagirdlər vətənpərvərlik mövzusunda  şeir söyləyib və ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

 

Şakir CƏFƏROV