Fevralın 12-də Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində Gəncə və Tərtərdə ciddi ziyan dəymiş məktəblərlə tanışlıq olub. 

 

 

Sözügedən bölgələrə səfər edən heyətin tərkibində təhsil naziri Emin Əmrullayevlə yanaşı UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri də olub. Xarici tərəfdaşlar Gəncə və Tərtərdə dağıdılmış binaların, Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin, Tərtər rayonu Düyərli kənd tam orta məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar. 

 

 

Daha sonra bu ərazilərdə təhsil alan şagirdlərlə görüş keçirilib. 

 

 

Qeyd edək ki, xarici tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən, müəllim və şagirdlərimizə sosiopsixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər.