Fevralın 5-də Bakı şəhəri Həzi Aslanov adına 175 saylı məktəbin 7D və 7Ç sinif şagirdlərinin iştirakı ilə Milli Qəhrəman Mübariz İbrahimovun anadan olmasının 33 illiyi ilə əlaqədar “Vətən sənə oğul dedi” adlı onlayn tədbir keçirildi.

 

Tədbirdə şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Aparıcılar Gövhər Həmdullayeva və Akif Kərimov Mübariz İbrahimovun əfsanəvi qəhrəmanlığından danışdılar.

 

Şagirdlərdən Rəhman Pirişov, Nuranə İbrahimova və Əli Əliyevin ifasında Mübariz İbrahimovun döyüş həyatından bəhs edən səhnəcik göstərildi. Səadət Hüseynova, Araz Alxasov, Ömər Nəcəfli, Nuray Şükürova, İbrahim Sarizdə, Elmir Abdinov, Mədinə Həbibova, Fidan Hüseynova və başqa şagirdlər  qəhrəmana həsr olunmuş şeirlər söyləyib, Mübariz İbrahimovun həyat və döyüş yolunu əks etdirən slaydlar və video çarxlar nümayiş etdirildi.

 

Tədbirin sonunda çıxış edən məktəbin direktoru Tural Mirzəliyev Mübariz İbrahimovun əfsanəvi qəhrəmanlığından danışıb və vətənpərvərliyinin bugünkü gənclərə örnək olduğunu qeyd etdi.

 

Tədbirin təşkilatçıları 7D sinfinin rəhbəri, ingilis dili müəllimi Gülşən Şiriyeva və 7Ç sinfinin rəhbəri, ədəbiyyat müəllimi Hökümə Qurbanova idi.