“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası tərəfindən “Nizami Gəncəvi-880” adlı növbəti videoslayd hazırlanıb.
Videoslayda MEK-in Şərq ədəbiyyatı fondunda saxlanılan XX əsrin ən böyük şərqşünaslarından biri, Nizamişünas alim Yevgeni Eduardoviç Bertelsin (1890-1957) kolleksiyasından Nizami Gəncəvinin yaradıcılığına dair qiymətli kitablardan seçmələr daxil olub.
Qeyd edək ki, rus və digər keçmiş SSRİ xalqlarının dillərində olan 4253 nüsxə nəşrdən ibarət Y.E.Bertelsin şəxsi kolleksiyası alimin vəfatından sonra MEK-in Şərq ədəbiyyatı fonduna daxil edilib. Kolleksiyada Azərbaycan ədəbiyyatı və mədəniyyətinə aid çox nadir, qiymətli kitablar əhəmiyyətli yer tutur.