Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində icra edilən “Bizə qoşul və xilas et!” layihəsi üzrə Microsoft Teams proqramı vasitəsilə "Həll olunmayan bir problem digər problemin astanasıdır" adlı onlayn seminar keçirilib.

        

Seminarda Ağsu rayon məktəblərində təhsil alan 30-dan artıq şagird və müəllim iştirak edib. Layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova layihənin məqsədi və həyata keçirilən işlər barədə məlumat verib.

 

Tədbirdə Ailə xilaskarları könüllü klubunun üzvləri tərəfindən hazırlanan videoçarx nümayiş olunub. Daha sonra müəllimlər və könüllü gənclər mövzu ətrafında fikir mübadiləsi aparıblar.

        

Tədbirin sonunda layihə çərçivəsində təşkil olunan yazı müsabiqəsinin nəticələri və qaliblərin adları açıqlanıb.