İyunun 7-də İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində "Cubik School of Fine Arts"ın həvəskar rəssamlarının "Artişok" sərgisi açılıb. Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxış edib. Bildirib ki, sərgidə müxtəlif yaş qruplarından olan həvəskar rəssamların  120 əsəri nümayiş olunur. Qeyd edək ki, rəsm əsərləri həm mövzu, həm də məna baxımdan  iştirakçilarda xoş ovqat yaradır.  Belə rəngarəng  sərgilərin təşkili uşaqların sənətə olan məhəbbətini artırır, onları  daha gözəl əsərlər yaratmağa sövq edir.

 

Sonda rəssamlar sertifikatlarla mükafatlandırılıb.

 

Sifai SƏFƏROVA