Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin qış imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.
Microsoft Teams platforması üzərindən təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.
Cari imtahan sessiyasının üçüncü həftəsinin başa çatmaq üzrə olduğunu nəzərə çatdıran rektor ötən həftələr ərzində imtahanların gedişatı zamanı aparılmış monitorinqlərin və təhlillərin nəticələrindən danışıb.
İmtahanların yüksək iştirakçılıq və müvəffəqiyyət göstəriciləri ilə davam etdiyini bildirən Ş.Bayramov sessiya ərzində hər bir tələbəyə həssas yanaşıldığını virğulayıb.
Təhsilalanlar və onların valideynləri tərəfindən daxil olmuş müraciətlərdə imtahan sessiyasının gedişatından yüksək məmnunluğun əks olunduğunu qeyd edən rektor universitetdə imtahanların obyektivlik, şəffaflıq və ədalətlilik prinsipləri əsasında keçirilməsində əməyi olan kollektiv üzvlərinə və könüllü tələbələrə təşəkkürünü bildirib.
Daha sonra tələbə və magistrantların müraciətləri dinlənilib. İmtahan sessiyasının gedişatından razılıqlarını ifadə edən tələbələrin köçürülmə, təhsil haqqı, ixtisasdəyişmə, təcrübə, işədüzəlmə və karyera inkişafı ilə bağlı sualları ətraflı cavablandırılıb, səsləndirdikləri təkliflərə münasibət bildirilib.