Yanvarın 27-də təhsil naziri Emin Əmrullayev Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

 

Görüş zamanı Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.