Əcnəbi tələbələrin çoxluq təşkil etdiyi ali təhsil müəssisələrindən biri olan Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) 2020-21-ci tədris ilində ümumilikdə 67 əcnəbi vətəndaş seçib.
Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanlığından verilən məlumata görə, AzMİU-nu seçən tələbələrin böyük əksəriyyəti Türkiyə, Rusiya, İran və Pakistan vətəndaşlarıdır. Onlar universitetə ödənişli əsaslarla qəbul ediliblər. Qəbul olan 67 nəfərdən 1-i doktoranturaya daxil olub. Tədris ilinin ilk semestrini başa vuran Hazırlıq fakültəsinin tələbələri artıq onlayn şəkildə imtahanlarını da veriblər.
Qeyd olunub ki, əcnəbi vətəndaşların qəbulu prosesi davam edir.