Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəridə Rüstəmzadə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı  təqaüdünə layiq görülüb.

 

MDU-dan bildirilib ki, F.Rüstəmzadə sözügedən təqaüdü 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında əldə etdiyi yüksək nəticələr və həmkarlar ittifaqı sahəsində fəallığı sayəsində qazanıb. O, respublika üzrə ATİAHİ-nin adlı  təqaüdünün təqdim edildiyi 64 ali məktəb tələbəsindən biri olmağı bacarıb.

 

Qeyd edək ki, ATİAHİ-nin adlı təqaüdü tələbələrin elmə və təhsilə marağının artırılması məqsədilə təsis olunub.