Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının ikinci həftəsi yekunlaşıb. 18-22 yanvar tarixlərini əhatə edən imtahanlar Microsoft Teams platforması üzərindən şifahi formada təşkil olunub.
İkinci imtahan həftəsində bakalavriat səviyyəsi üzrə ümumilikdə 133 qrupda təhsil alan 2454 tələbə 156 imtahanda iştirak edib. Məsafədən təşkil olunan imtahanlara yalnız 2 tələbə qatılmayıb. İmtahanların nəticələrinə əsasən, tələbələrin 39%-i 51-100 bal, 38%-i 71-100 bal, 23%-i isə 91-100 bal ilə qiymətləndirilib. Cəmi 1 tələbənin qeyri-kafi qiymət aldığı ikinci imtahan həftəsində 2 tələbənin Apelyasiya Komissiyasına müraciəti olub.
Magistratura səviyyəsində isə 21 qrup üzrə ümumilikdə 44 imtahan keçirilib. Magistrantların 22%-nin 71-100 bal, 76%-nin isə 91-100 bal ilə qiymətləndirildiyi imtahanlarda 100% iştirak qeydə alınıb.