“Bəzi hallarda təhsil haqqının, ümumiyyətlə ləğv edilməsi və onların hamısının dövlət tərəfindən ödənilməsi təklif edilir. Əgər biz həmin sistemə keçsək, bu o deməkdir ki, rəqabət şəraitindən imtina edirik”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev dünən keçirilən brifinqdə təhsil haqqının ləğvi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bakalavriat səviyyəsi üzrə təhsil haqqı orta hesabla 2500 manatdır. Bəzi regional təhsil müəssisələrində bu məbləğ daha aşağıdır: “Ölkədəki 93100 nəfər tələbənin hər 100-dən 56-sı dövlət hesabına təhsil alır. Hazırda birinci kursda oxuyan tələbələrin 60 faizindən çoxu dövlət hesabına oxuyur. Bu da o deməkdir ki, onların təhsil haqqı problemi yoxdur. Amma təhsil haqqı problemi olan tələbələrimiz də var".

 

Təhsil naziri təhsil kreditlərinin verilməsi qaydalarından da danışıb. Onun sözlərinə görə, iki qrup üzrə verilməsi nəzərdə tutulan təhsil krediti sosial vəziyyəti aşağı olan şəxslər üçün faizsiz olacaq. İkinci qrupda isə kreditlərin bacarığa görə verilməsi nəzərdə tutulur.

 

Ruhiyyə