Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş Mexanika kafedrasının müdiri Mahir İsmayılovla görüşüb.
30 illik yurd həsrətinə son qoyan şanlı Zəfər yürüşündə MDU-nun əməkdaşları, tələbə və məzunlarının iştirakından qürur duyduğunu bildirən Ş.Bayramov döyüşlərdə göstərdikləri mərdlik və şücaətə görə onların Prezidentin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif edilməsinin kollektiv tərəfindən böyük fəxarət və rəğbət hissi ilə qarşılandığını diqqətə çatdırıb.
Tarixi Zəfərin əldə edilməsində pay sahibi olduğu üçün fəxr etdiyini bildirən M.İsmayılov ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğının göstərilməsindən məmnunluğunu ifadə edib.
Sonda M.İsmayılova MDU-nun Fəxri Fərmanı təqdim edilib.