Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, professor İbrahim Cəfərovun təşəbbüsü ilə universitetin bir qrup əməkdaşı və ictimai təşkilatlarının nümayəndələri ali məktəbin rəhbərliyi adından 2-ci Qarabağ müharibəsinin şəhidi, təhsil ocağının himayəyə götürdüyü Canlar Asif oğlu Cavadovun ailəsini ziyarət ediblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ADAU kollektivinə öz minnətdarlıqlarını bildiriblər.