Dövlət İmtahan Mərkəzi (DİM) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə təhsilalanların biliyinin qiymətləndirilməsi üzrə testlərin tərtibi metodikası ilə bağlı təlimlər keçiriləcək.

 

25-29 dekabr tarixlərində keçiriləcək təlimlər DİM-in məsul şəxsləri tərəfindən aparılacaq.

 

UNEC-dən bildirilib ki, təlimlər aşağıdakı mövzularda olacaq:

 

25 dekabr

Tədris materiallarından (dərslik, mühazirə materialları, təqdimatlar) istifadə etməklə testlərin hazırlanması üsulları- Murad Əliyev, Orta təhsil üzrə sektor müdiri

 

26 dekabr

Testlərin formaları və onların tərtibində stilistik, orfoqrafik tələblər - Əlişirin Şükürov, Dövlət qulluğu üzrə sektor müdiri

 

27 dekabr

Tərtib olunmuş testlərin monitorinqi və ekspertizası- Natiq Əliyev, Yoxlama ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri

 

29 dekabr

Test bazası və onun yenilənməsinə olan tələblər”- Fuad Əhmədov, Statistik araşdırmalar və innovasiyalar sektorunun müdiri

 

Təlimlər UNEC-in rəsmi Facebook (www.facebook.com/unecedu) səhifəsi üzərindən canlı yayımlanacaq.