Biliyin qiymətləndirilməsi üzrə testlərin hazırlanma metodları – UNEC-də təlimlər | |
Dövlət İmtahan Mərkəzi (DİM) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə təhsilalanların biliyinin qiymətləndirilməsi üzrə testlərin tərtibi metodikası ilə bağlı təlimlər keçiriləcək.
25-29 dekabr tarixlərində keçiriləcək təlimlər DİM-in məsul şəxsləri tərəfindən aparılacaq.
UNEC-dən bildirilib ki, təlimlər aşağıdakı mövzularda olacaq:
25 dekabr Tədris materiallarından (dərslik, mühazirə materialları, təqdimatlar) istifadə etməklə testlərin hazırlanması üsulları- Murad Əliyev, Orta təhsil üzrə sektor müdiri
26 dekabr Testlərin formaları və onların tərtibində stilistik, orfoqrafik tələblər - Əlişirin Şükürov, Dövlət qulluğu üzrə sektor müdiri
27 dekabr Tərtib olunmuş testlərin monitorinqi və ekspertizası- Natiq Əliyev, Yoxlama ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri
29 dekabr Test bazası və onun yenilənməsinə olan tələblər”- Fuad Əhmədov, Statistik araşdırmalar və innovasiyalar sektorunun müdiri
Təlimlər UNEC-in rəsmi Facebook (www.facebook.com/unecedu) səhifəsi üzərindən canlı yayımlanacaq.
|
|
24.12.2020 | 11:20 | |
|
|
|