Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə II Qarabağ müharibəsində yaralanmış əsgər qazilərlə onlayn görüş keçirilib.

 

Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.

 

Görüşdə Vətən müharibəsi qaziləri ilə yanaşı 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, pedaqoji heyəti və dərnək üzvləri iştirak edib.

 

Qazilər müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər, dərnək üzvlərini maraqlandıran sualları cavablandırıblar.

 

Bundan əlavə, Mərkəzin əməkdaşları müalicə alan qaziləri ziyarət edərək onlara mənəvi dəstək olublar.