Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin təşkilatçılığı ilə Naxçıvan şəhər 4 saylı tam orta məktəbdə şagirdlərin “Qarabağ Azərbaycandır!” adlı sərgisi keçirilib.
Universitetin Memarlıq kafedrasının müdiri, dosent Gülnarə Qənbərova tarixi qələbə münasibətilə hər kəsi təbrik edib, gələcəyimiz olan uşaqları tariximizi unutmamağa çağırıb.
Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov təşkil edilən sərgini yüksək qiymətləndirib və bu münasibətlə uşaqları təbrik edib.
Naxçıvan şəhər 4 saylı tam orta məktəbin direktoru Aytən Bağırova bildirib ki, sərgidəki əsərlərdə qələbə əhval-ruhiyyəsi öz əksini tapıb, şəhidlərin əziz xatirəsinə ehtiram ifadə olunub.
Şagirdlərin ifasında Qarabağa həsr edilən şeirlər səsləndirilib. Sərgidə təqdim edilən rəsm əsərləri diplomlarla təltif olunub.
Sonda iştirakçılar sərgiyə baxıblar.