Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan intellektual yarışda 120, 206, 230, 234, 69, 113, 259 və 311 nömrəli tam orta məktəblərin komandaları iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 230 nömrəli tam orta məktəbdə təşkil olunmuş intellektual oyunun əsas məqsədi məktəblilər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz, haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
4 turdan ibarət olan yarışda IX, X, XI sinif şagirdləri iştirak edib. Hər turda cavablandırmaq üçün məktəblilərə 5 sual verilib.
Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 230, 234 və 206 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüb. 259 nömrəli tam orta məktəbin komandası isə həvəsləndirici yeri tutub.
Yarış 230 nömrəli tam orta məktəbin istedadlı şagirdlərinin ifasında “Dostluq himni”nin səsləndirilməsi ilə başa çatıb.
Qalib komandalar diplom, kubok və hədiyyələrlə təltif edilib.