Bu münasibətlə keçiriləcək sərgidə qaliblərə beş nominasiya üzrə mükafatlar veriləcək
İyunun 6-da Xətai Sənət Mərkəzində “Azərbaycanım” adlı respublika uşaq rəsm festivalının bağlanış mərasimi keçiriləcək.
Mərkəzdən verilən məlumata görə, Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Dövlət Rəsm Qalereyası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan festivala eyni adlı sərgi ilə yekun vurulacaq.
Qeyd edək ki, festival çərçivəsində keçirilmiş müsabiqənin iştirakçıları arasından daha çox əsərlərində milliliyi təsvir etmiş 35 uşaq açıq havada öz əsərlərini yaradacaq.
Sərgidə qaliblərə beş nominasiya üzrə mükafatlar veriləcək.
Sifai SƏFƏROVA