Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Azərbaycanda xalq təhsilinin inkişafında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdiri Müseyib İlyasovdur. 1884-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub.
Müseyib İlyasov Bakıda və Qubada məktəbdə işləyib. 1931-ci ilədək Zəngəzur Qəza Xalq Maarif şöbəsinin müdiri vəzifəsində işləyib. Xalq Maarif şöbəsinə rəhbərlik etdiyi illərdə Laçın şəhərində, Şamkənd, Vağazin, Qorçu, Kürdhacı, Hoçaz və onlarla başqa kəndlərdə məktəblər açıb.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.