Gəncə Dövlət Universitetində (GDU) yeni tədris ilində qarşıda duran məsələləri müzakirə etmək məqsədi ilə online iclas keçirilib.

 

GDU-nun rektoru, professor Yusif Yusibov gündəlikdə duran məsələlər, onlayn ( Microsoft Teams platforması üzərindən) dərslərin davam etdirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlər barədə məlumat verib.

 

İclasda GDU-nun yeni tədris ilində qarşıda duran vəzifələri, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə “elektron universitet” modelinin tətbiqi, maddi-texniki bazanın təkmilləşdirilməsi, qarşıya çıxacaq problemlər, onların həlli yolları və görüləcək işlər müzakirə edilib.

 

Müzakirə olunan məsələlərlə bağlı fakültə dekanlarına, kafedra müdirlərinə və Tədris şöbəsinə müvafiq tapşırıqlar verilib.

 

Cari məsələlərlə bağlı – təhsil haqqı, akademik borcların ləğvi, onlayn tədris prosesinin keyfiyyət monitorinqinin gücləndirilməsi, kafedralarda həyata keçirilən elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və digər mövzularda da müzakirələr aparılıb.