Almaniyada işgüzar səfərdə olan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər şərçivəsində Bonn şəhərində yerləşən Almaniya Federal Peşə Təhsili və Təlimi İnstitutunun (BİBB) nümayəndələri ilə görüşüb. Görüş zamanı Almaniyada peşə təhsili sisteminin xüsusiyyətləri və Federal İnstitut ilə agentlik arasında əməkdaşlıq imkanları müzakirə edilib.

 

Nümayəndə heyəti həmçinin kənd təsərrüfatı istiqamətində ixtisaslaşan DEULA model müəssisəsinə səfər edib. Görüşdə adıçəkilən müəssisənin işəgötürənlər, peşə təhsil müəssisələri və sosial partnyorlarla əməkdaşlığı, həmçinin informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizmi müzakirə edilib. Bununla yanaşı, Almaniya və digər qonşu ölkələrin bu sahədə təcrübəsinin təqdimatı keçirilib.

 

Daha sonra  kənd təsərrüfatı sahəsində peşə təhsili üzrə İsveçrə təcrübəsinin öyrənilməsi məqsədi ilə Lindau şəhərində yerləşən “Strickhof” peşə təhsil müəssisəsində olan agentliyin əməkdaşları yeni yaradılan təhsil müəssisəsində ixtisasların nəzəri və praktiki tədrisi və müvafiq sahələrdə tədqiqatın aparılması ilə yaxından tanış olublar.

 

Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyi ilə icra olunan layihə çərçivəsində baş tutub.