Noyabrın 17-də təhsil naziri Emin Əmrullayev Beynəlxalq Türk Akademiyasının ölkəmizdə səfərdə olan prezidenti Darxan Kıdırəli ilə görüşüb.

 

Görüşdə Təhsil Nazirliyi və Beynəlxalq Türk Akademiyası arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

 

Təhsil naziri Emin Əmrullayev 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşdığı, bu dövr ərzində  Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirilməsi nəticəsində 10 məktəblinin həlak olduğu, 16 məktəblinin yaralandığı və 50 təhsil müəssisəsinin dağıntılara məruz qaldığı barədə məlumat verib.