* Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik.

 

* İndi biz Müstəqil Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin ilk Konstitusiyasını qəbul edirik. Bu, çox məsuliyyətli və çox şərəfli bir vəzifədir. Bu bizə nəsib olubdur və güman edirəm ki, biz, yəni indiki nəsil həmin şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməyə qadirik.

 

* Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.