Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera Mərkəzinin əməkdaşlarının təşəbbüsü ilə Sumqayıt şəhərində yerləşən "Vəliyev" MMC-də universitetin metallurgiya və materialşünaslıq fakültəsinin IV kurs tələbələri və məzunları üçün Karyera Günü keçirilib.
Universitetdən bildirilib ki, əvvəlcə iştirakçıların ixtisas bilikləri yoxlanılıb, müəssisənin işə qəbul komissiyasının üzvləri tərəfindən müvafiq qiymətləndirilmə aparılıb. Müsahibəni uğurla keçən AzTU-nun 4 məzunu şirkətdə işə qəbul olunub.
Qeyd edək ki, "Vəliyev" MMC 6 zavod komleksindən ibarətdir. Burada plastik və metal enjeksion, metaltökmə, qəlib, maşınqayırma dəzgahlarının idarə olunması və plastik avadanlıqların istehsalı həyata keçirilir.