Sumqayıt Gənclər evinin təşkilatçılığı ilə açıq havada gənclər təşkilatları arasında "Keçmişə qayıdaq" adlı intellektual yarış keçirilib.
Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Yarışda 6 komanda iştirak edib. Maraqlı mübarizə şəraitində keçən yarışda qalib komandalar medal və sertifikatlarla təltif ediliblər.
I yerə Sumqayıt Dövlət Universitetinin (SDU)Tələbə Gənclər Təşkilatı, II yerə Sumqayıt regional "ASAN xidmət" mərkəzi, III yerə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsi çıxıb.
Bu barədə SDU-dan məlumat verilib.