* Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir.

 

* Şuşa bütün azərbaycanlılar üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir... Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur.

 

* Biz öz torpaqlarımızın bir qarışını belə heç vaxt Ermənistana verməyəcəyik, - bunu onlar bilməlidirlər. İşğal olunmuş torpaqlarımızın hamısı azad edilməlidir, respublikamızın ərazi bütövlüyü bərpa olunmalıdır, - bunu onlar bilməlidirlər. Dünyanın böyük dövlətləri, beynəlxalq ictimaiyyət, Minsk qrupuna həmsədrlik edən dövlətlər bunu artıq dərk edir və bəyan edirlər.

 

* Mən bu gün bir də bəyan edirəm ki, biz məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq... Ancaq eyni zamanda Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bizim güclü ordumuz olmalıdır... Ordunun güclənməsi, inkişaf etməsi Azərbaycan dövlətinin müstəqilliyinin əsas zəmanəti, əsas təminatıdır.