Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin  Tərcümə (Fars-Azərbaycan) ixtisası üzrə II və III kurs tələbələrinin tərcümə etdiyi nümunələrin müzakirəsi keçirilib.

 

Əvvəlcə Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov çıxış edərək, Naxçıvan Ali Məclisinin sədri  Vasif Talıbovun “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar fondda uğurla davam etdirilən tədbirlərdən danışıb. Alim tələbələrin bacarıq və vərdişlərində bu cür tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

 

Daha sonra tələbələrin tərcümə etdiyi “Dilimiz varlığımızdır”, “Qarabağ düşmən tapdağında qalmayacaq”, “Xocalı soyqırımı”, “Qüdrətli Ordumuz”, “Bayraq meydanı” adlı mətnlər oxunulub və müzakirə edilib.

 

Tədbirdə Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov tərcüməçilik sənətinin bəzi xüsusiyyətləri haqqında tələbələrə məsləhətlər verib.

 

Sonda tələbələrə tərcümə olunması üçün əlavə mətn nümunələri təqdim edilib.