Bakı Dövlət Universitetindən (BDU) Milli Ordumuza maddi dəstək davam edir.
BDU-nun əməkdaşları könüllü şəkildə aylıq əmək haqlarından müəyyən miqdarda vəsaitin Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianə olunması üçün müraciət edib və bu müraciətlər əsasında 273 656 manat vəsait toplanaraq adıçəkilən Fonda köçürülüb.
Bu barədə ali məktəbdən məlumat verilib.
Qeyd edək ki, BDU-nun Elmi Şurasının qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna universitet büdcəsindən 200 min manat vəsait köçürülmüşdü.
Bununla da ali məktəbin Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürdüyü vəsait, ümumilikdə 473 656 manata çatıb.
BDU ailəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid əsgər və zabitlərimizin tezliklə işğal altında olan bütün torpaqlarımızı azad edəcəklərinə əminliyini bildirir və şanlı ordumuza yeni zəfərlər arzulayır.