Hər il olduğu kimi, bu  ildə Naxçıvan Dövlət Universitetində (NDU) tədris ilinin başlanması ilə əlaqədar olaraq  bir çox yeni kabinələr, laboratoriyalar  və s.istifadəyə verilib.

 

Memarlıq və  mühəndislik fakültəsində bu il yeni günəş və külək hibrid  qida qurğusu, günəş panelləri ilə istilik sistemi , pobototexnika kabinəsi açılıb.

 

Həmçinin ilk dəfə olaraq 2020/2021-cı tədris ilində adıçəkilən fakültədə Elektron jurnal yaradılıb və bu gün təqdimatı keçirilib.

   

Universitetdən bildirilib ki, elektron jurnal PHP proqramlaşdırma dilinin son tipi olan PHP 7.3.10 proqramlaşdırma dilində hazırlanıb. Burada baza bağlantısı  olaraq PHP-PDO-dan  yararlanılıb ki, bu da   fərqli databaza ilə çalışdığı üçün bir çox təhlükələrdən sistemi müdafiə edir. Şıfrələnmə md5 texnologiyası ilə yerinə yetirilib.

 

Elektron jurnala daxil olmaq üçün tələbə-müəllim qeydiyyatı yaradılıb, burada tələbə və müəllimlər qeydiyyatdan keçdikdən, adminstrator tərəfindən təsdiq edildikdən sonra sistemə daxil olur.

 

Elektron jurnala fakültə üzrə ixtisaslar, kurslar, fənlər, keçirilən mövzuların adları yüklənilir. Eyni zamanda, keçirilən mövzular dərs saatlarında sistemə salınır ki, bu da tələbələr tərəfindən oz elektron ünvanlarına yükləmə imkanı verir.

 

Sistemdə tələbənin davamiyyəti, biliyinin qiymətləndirilməsi, kollegium və sərbəst iş qiymətləri öz əksini tapıb. Həmçinin sistem tələbənin alt qrupda və ya üst qrupda dərs götürmələri  imkanına da malikdir.

 

Sistemdə istər tələbələr, istərsə də müəllimlər elektron jurnala baxa bilər.  Sistem  tələbələrə və müəllimlərə toplu mesaj gondərmək imkanına malikdir. Tələbənin semestrin sonunda öz  transkriptini görməsi də mümkündür.