Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə “Xeyriyyə yarmarkası” təşkil edilib.

 

Yarmarkanın keçiriliməsində əsas məqsəd Şəmkir Distant təhsil mərkəzində inklüziv təhsilə cəlb olunmuş fiziki qüsurlu şagirdlərə əldə olunan gəlirdən Ramazan bayramı münasibəti ilə hədiyyələr təqdim etməkdir.

 

Yarmarkada məktəblilərin çəkdiyi rəsm əsərləri, hazırladıqları əl işlərindən ibarət müxtəlif bəzək əşyaları, suvenir, maket və başqa maraqlı əsyalar satışa çıxarılıb. Məktəblilərin ifasında musiqi səsləndirilib. Yarmarkada həmcinin gənc müəllimlər birliyində üzv olan skautlar assosiasiyasının nümayəndələri maraqlı oyunlar təşkil ediblər. Həm böyüklərin, həm də uşaqların səbirsizliklə gözlədiyi bu yarmarka şəhərdə əsl bayram əhvali- ruhiyyəsi yaradıb.

 

Xeyriyyə yarmarkasında rayon rəsmiləri, təhsil şöbəsinin nümayəndələri, müəllimlər, şagirdlər və şəhər əhalisi iştirak ediblər.

 

Kənan İBRAHİMOV,

Şəmkir Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi