Mayın 31-də təhsil naziri Ceyhun Bayramov Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb.
Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında prioritet sahələrdən biri hesab olunan təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüş zamanı həmçinin Avropa İttifaqına üzv olan ölkələrin və Azərbaycanın ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı konkret təkliflər səsləndirilib.