Azərbaycan Texniki Universitetinin (AzTU) “İDRAK Texnoloji Transfer” MMC ilə birgə layihələr hazırlaması planlaşdırılır.
Universitetdən bildirilib ki, ali məktəblə adıçəkilən MMC arasında əməkdaşlıq əlaqələri mövcuddur və universitet-sənaye iş birliyi çərçivəsində nəzəri, praktiki təlimlər keçiriləcək.
Məlumat üçün bildirək ki, AzTU-nun tələbə və məzunlarının bir sıra müsabiqələrin qalibi olmuş texnoloji həlləri “İDRAK Texnoloji Transfer” MMC tərəfindən dəstəklənir və bu layihələrin əmək bazarına transferi istiqamətində konkret addımlar atılır.