Gəncə Dövlət Universiteti (GDU) hazırda cəbhə bölgəsində erməni hərbi birləşmələrinə qarşı əks-hücum əməliyyatları həyata keçirən Milli Ordumuza dəstək məqdəsilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 52 min manat vəsait köçürüb.

 

Bu barədə universitetdən məlumat verilib.

 

“İşğal olunmuş  Azərbaycan torpaqları uğrunda gedən döyüşlər ordumuzun uğurları ilə davam edir. Düşmən üzərindəki qələbələr xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Vətən müharibəsi başlayandan orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə qoşulur, əsgərlərin ərzaq, su və sair ehtiyaclarını ödəmək üçün yardımlar göstərir, qanvermə aksiyalarında iştirak edir. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatları, şirkətlər, eləcə də ali təhsil müəssisələri  Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etməklə, ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər”-deyə GDU-nun məlumatında bildirilir.