Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” adlı monoqrafiyası nəşr olunub.

 

Müəllif görkəmli xalq şairi Məmməd Arazın çoxcəhətli və zəngin yaradıcılığını tədqiqata cəlb edib. Monoqrafiyada M.Araz yaradıcılığında ümummilli məsələlər, Azərbaycan xalqının milli-mənəvi taleyi və dəyərləri, qüdrətli söz ustadının sənətkarlıq məsələləri və məharətini özündə ehtiva edən problemlər təhlil obyektinə çevrilib, şeirlərinin dil-üslub xüsusiyyətləri öyrənilib.

 

Ali məktəb tələbələri, elmi tədqiqatçılar, ədəbiyyat adamları və geniş oxucu kütləsi üçün nəzərdə tutulan vəsaitdən Məmməd Araz yaradıcılığını sevən hər kəs istifadə edə bilər.