75 ölkə üzrə aparılan tədqiqatlarda 4 kriteriya əsas götürülüb
Təhsil dünyada olduqca əhəmiyyətli hesab olunan amillərdən biridir, lakin o, hələ də hər ölkədə eyni səviyyədə deyil. Qərblilər elə hesab edir ki, onların təhsil sistemi ən yaxşısıdır, lakin bu, belə olmaya da bilər. Beləliklə də dünyanın ən güclü təhsil sistemi hardadır?
Böyük Britaniyanın təhsil xidmətləri göstərən “QS World University Rankings” agentliyinin ən son tədqiqatı dünyanın ən yaxşı təhsil sistemlərinə həsr olunub. Reytinqə əsasən Amerika Birləşmiş Ştatları 2018-ci il üzrə dünyanın ən yaxşı təhsil sisteminə malik ölkələrin sıyahısına başçılıq edir. QS reytinqi bütün dünyada ali təhsil sistemlərini müqayisə edib və onları 4 əsas kriteriya üzrə qiymətləndirib: sistemin gücü (universitetlər reytinqlərdə necə işləyirlər), əlyetərliyi (bu ölkədə insanlar asanlıqla ali təhsilə giriş imkanı əldə edə bilirmi), aparıcı ali təhsil müəssisəsi (ölkənin ən yaxşı universiteti nə dərəcədə yaxşı işləyir) və iqtisadi kontekst (ali təhsilə milli investisiyaların təsiri). Mümkündür ki, Birləşmiş Ştatların dörd əsas göstəricidən hər biri üzrə mükəmməl nəticəyə nail olması təəccüblü deyil. Birləşmiş Krallıq 4 göstərici üzrə ilk 5-likdə ikinci yerdə təmsil olunub. Digər ölkələrdən Sinqapur və Çin bəzi göstəricilər üzrə daha yaxşı nəticələr nümayiş etdiriblər. Məsələn, Sinqapur reytinqdə bir göstərici üzrə 4-cü yeri tutub. Çin isə iqtisadi kontekstdə ikinci yerdə qərarlaşıb. Builki tədqiqata toplam olaraq 75 ölkə cəlb olunub, onlardan 50 ölkə reytinqdə yer alıb. Reytinq hazırlanarkən ali təhsilin inkişafına daha çox investisiyalar qoyan və universitet təhsilinin yüksək əlyetərliyi ilə seçilən ölkələr diqqətdə saxlanılıb. Reytinqlə daha ətraflı https://www.topuniversities.com/system-strength-rankings/2018 səhifəsindən tanış olmaq olar.
Reytinqin metodologiyası
Sistemin gücü. Bu göstərici ölkənin bütün müvafiq kriteriyalara cavab verən ali təhsil müəssisələrinin effektivliyinin qiymətləndirilməsi yolu ilə bütövlükdə milli ali təhsil sisteminin ümumi durumunu əks etdirir. Məhz ayrıca götürülmüş bir ölkə üçün bu göstərici QS versiyasına görə dünyanın ən yaxşı 700 universitet arasına daxil olan ali məktəblərin sayının bu ali məktəblərin orta reytinq əmsalına bölünməsi yolu ilə hesablanır. Hədəf hər ölkənin qlobal reytinqdəki yerini tam surətdə təqdim etməkdir.
Əlyetərlik. İkinci kateqoriya ali məktəbin əlyetərliyi ilə əlaqədardır, bu isə indiki dövrdə ən aktual məsələ hesab olunur. Çünki hazırda bütün ölkələr dünya səviyyəli ali təhsil almaq üçün əlyetərlik imkanlarını genişləndirməyə çalışırlar. İstənilən ölkə üçün birinci dərəcəli vəzifə beynəlxalq aləmdə tanınan universitetlərdə tələbə yerlərinin yetərli sayının təmin olunmasıdır. Bu göstərici QS versiyasına görə dünyanın 500 ən yaxşı ali təhsil müəssisəsi siyahısına daxil olan universitetlərdə yerlərin sayının bu ölkə əhalisinin ümumi sayına bölünməsi yolu ilə əldə olunur. Bu göstəricidə hədəf ölkə sakinlərinin dünya səviyyəli universitetlərdə yer almaq imkanlarını yüksəltməkdir.
Aparıcı ali təhsil müəssisəsi. Beynəlxalq birlikdə əlçatan maliyyə vəsaitlərinin ölkənin ali təhsil sisteminə daxil olan bütün müəssisə və təşkilatlar arasında bərabər bölməyin və yaxud bütün diqqətin yalnız dünya səviyyəli bir univertsitetə yönəldilməsinin zəruriliyi mübahisə mövzusudur. Ölkənin aparıcı universitetinin öz mövqeyini birbaşa investisiyalar sayəsində və ya ölkənin başqa təhsil müəssisələri ilə rəqabət hesabına gücləndirməsindən asılı olmayaraq belə bir ali məktəbin mövcudluğu konkret ölkənin bütün ali təhsil sisteminin ümumi reytinqini yüksəldir. Bu, müvafiq ölkənin aparıcı universitetinin beynəlxalq səhnədə müvəffəqiyyətini əks etdirən standartlaşdırılmış göstəricidir. Bu göstərici belə bir ilkin şərtə əsaslanır ki, ölkənin aparıcı ali təhsil müəssisəsinin effektivliyi ümumi təhsil sistemi üçün kreditdir.
İqtisadi kontekst. Heç də bütün ölkələr və ya onların ali təhsil müəssisələri maliyyə mənbələrinə bərabər girişə malik deyil. Ölkənin iqtisadi inkişafının səviyyəsindən başqa, ali təhsilin maliyyələşdirilməsində müəyyən mədəniyyət və ənənələrin mövcudluğunu da nəzərə almaq lazımdır, məsələn sahə üzrə maliyyələşdirmə və ya məzunların ianələri. Bu göstəricidə iki əsas amil nəzərə alınır. Birincisi, konkret ölkənin ali təhsilinin büdcə maliyyələşdirməsinin ölçüsü. İkincisi, ayrılan və əldə olunan maliyyənin nəticələrinin müqayisəli yolu ilə bu vasitələrdən istifadənin effektivliyi. Göstəricinin hesablaması zamanı əmsallardan (ilk 100-lüyə daxil olan universitetlərə 7, 101-200-lükdə olanlara 6, 201-300-lükdə olanlara 5, 301-400-lükdə olanlara 4, 401-500-lükdə olanlara 3, 501-600-lükdə olanlara 2, 601-700-lükdə olanlara 1 bal verilir) istifadə olunur ki, onlar da adambaşına ÜDM göstəricisi ilə müqayisə edilir. Beləliklə də sonuncu göstərici, hər bir ölkədə maliyyə vəziyyətinin beynəlxalq reytinqin göstəricilərilə müqayisə yolu ilə milli investisiyaların ali təhsil sisteminə təsirinin qiymətləndirilməsinə yönəldilib.
Rey-tinq |
Ölkə |
Topladığı bal |
Sistemin gücü |
Əlyetərlik |
Aparıcı ali məktəb |
İqtisadi |
1. |
100 |
100 |
100 |
100 |
100 |
|
2. |
Birləşmiş Krallıq |
98.6 |
98.7 |
97.6 |
99.5 |
98.3 |
3. |
Avstraliya |
93.8 |
91.6 |
99.3 |
97.6 |
86.7 |
4. |
Almaniya |
93.4 |
94.3 |
97.1 |
91.1 |
91 |
5. |
Kanada |
90.4 |
86.8 |
96.7 |
96.1 |
82 |
6. |
Fransa |
86.8 |
86.8 |
82.5 |
94.4 |
83.7 |
7. |
Niderland |
84.9 |
89.3 |
87.7 |
92.7 |
69.8 |
8. |
Çin |
84.5 |
88.9 |
52.7 |
96.9 |
99.4 |
9. |
Cənubi Koreya |
83.5 |
82.6 |
72.2 |
95.4 |
83.9 |
10. |
Yaponiya |
82.1 |
86.7 |
61.2 |
96.5 |
84 |
11 |
İtaliya |
77.8 |
74.8 |
93.3 |
69.3 |
74 |
12 |
İspaniya |
75.7 |
74 |
81.1 |
72.7 |
75.2 |
13. |
İsveçrə |
75.6 |
78.5 |
76.5 |
98.9 |
48.6 |
14. |
İsveç |
74.8 |
73 |
83.4 |
88.7 |
54.1 |
15. |
Rusiya |
73.8 |
75.6 |
48.3 |
85.6 |
85.8 |
16. |
Yeni Zelandiya |
73.7 |
64 |
86 |
88 |
56.6 |
17. |
Belçika |
73.2 |
67.4 |
83.5 |
89.9 |
51.8 |
18. |
Honkonq |
71.2 |
73.8 |
69.3 |
96.8 |
44.7 |
19. |
Tayvan |
70.6 |
70.3 |
62.9 |
89.1 |
60.2 |
20. |
Finlandiya |
66.6 |
58.3 |
73 |
84.3 |
50.9 |
21. |
Argentina |
65.7 |
49.5 |
57.5 |
89.3 |
66.6 |
22. |
Danimarka |
64.1 |
54 |
78.1 |
89.6 |
34.8 |
23. |
Braziliya |
62.4 |
54.1 |
37.1 |
80.5 |
77.7 |
24. |
İrlandiya |
58.9 |
49.8 |
71.6 |
86.9 |
27.1 |
25. |
Malayziya |
58.6 |
50.1 |
46.3 |
81.9 |
56.1 |
26. |
Hindistan |
58.1 |
62.7 |
2.7 |
68.8 |
98.4 |
27. |
Avstriya |
55.1 |
43.7 |
72.1 |
73.1 |
31.6 |
28. |
Sinqapur |
55 |
46.9 |
64.6 |
98.8 |
9.7 |
29. |
İsrail |
53.7 |
42.3 |
57.9 |
75.2 |
39.3 |
30. |
Norveç |
51.4 |
43.3 |
65.8 |
75.9 |
20.5 |
31. |
Meksika |
51 |
32.3 |
38.6 |
80.3 |
52.9 |
32. |
Çili |
50.8 |
30.7 |
53.7 |
77 |
41.9 |
33. |
Cənubi Afrika Respublikası |
47 |
32.3 |
27.4 |
63.9 |
64.3 |
34. |
Kolumbiya |
46.6 |
32.7 |
44.4 |
46.4 |
62.8 |
35. |
Portuqaliya |
46.3 |
38.7 |
73.7 |
33 |
39.8 |
36. |
Səudiyyə Ərəbistanı |
45.1 |
38 |
49.9 |
68.5 |
24.1 |
37. |
Qazaxıstan |
42.5 |
37.6 |
35 |
51.6 |
45.7 |
38. |
Tailand |
34.9 |
23.1 |
22.5 |
49 |
44.8 |
39. |
İndoneziya |
34.2 |
23 |
15.4 |
39.8 |
58.5 |
40. |
Livan |
31 |
15.9 |
16.8 |
51.9 |
39.4 |
41. |
Çexiya Respublikası |
30.4 |
19.8 |
55.2 |
29.4 |
17.2 |
42. |
Misir |
27.8 |
9.4 |
50.9 |
10.6 |
40.4 |
43. |
Türkiyə |
24.4 |
32.4 |
17.3 |
6.6 |
41.2 |
44. |
Ukrayna |
23.7 |
16.1 |
14.4 |
8.5 |
55.9 |
45. |
Filippin |
20.8 |
8.7 |
10 |
16.2 |
48.5 |
46. |
Polşa |
18.6 |
14.1 |
38.5 |
7 |
14.6 |
47. |
Estoniya |
17.5 |
8.5 |
24.5 |
29.4 |
7.8 |
48. |
Yunanıstan |
15.1 |
17.3 |
18.6 |
9.4 |
14.9 |
49. |
Belarus |
15 |
4.6 |
19.9 |
24.1 |
11.2 |
50. |
Pakistan |
14.7 |
6.5 |
0.2 |
4.5 |
47.6 |
Oruc MUSTAFAYEV