Dünyanın ən güclü təhsil sistemləri

Təhsil dünyada olduqca əhəmiyyətli hesab olunan amillərdən biridir, lakin o, hələ də hər ölkədə eyni səviyyədə deyil. Qərblilər elə hesab edir ki, onların təhsil sistemi ən yaxşısıdır, lakin bu, belə olmaya da bilər. Beləliklə də dünyanın ən güclü təhsil sistemi hardadır?

 

Böyük Britaniyanın    təhsil xidmətləri göstərən “QS World University Rankings” agentliyinin ən son tədqiqatı dünyanın ən yaxşı təhsil sistemlərinə həsr olunub.  Reytinqə əsasən Amerika Birləşmiş Ştatları 2018-ci il üzrə dünyanın ən yaxşı  təhsil sisteminə malik ölkələrin sıyahısına başçılıq edir. QS  reytinqi bütün dünyada ali təhsil sistemlərini müqayisə edib və  onları 4 əsas kriteriya üzrə qiymətləndirib: sistemin gücü (universitetlər reytinqlərdə necə işləyirlər),  əlyetərliyi (bu ölkədə insanlar asanlıqla ali təhsilə giriş imkanı əldə edə bilirmi), aparıcı ali təhsil  müəssisəsi (ölkənin ən yaxşı universiteti nə dərəcədə yaxşı işləyir) və iqtisadi kontekst (ali təhsilə milli investisiyaların təsiri). Mümkündür ki, Birləşmiş Ştatların dörd əsas göstəricidən hər biri üzrə  mükəmməl nəticəyə nail olması təəccüblü deyil.  Birləşmiş Krallıq  4  göstərici üzrə ilk 5-likdə ikinci yerdə təmsil olunub.   Digər ölkələrdən Sinqapur və Çin bəzi göstəricilər üzrə daha yaxşı nəticələr nümayiş etdiriblər. Məsələn, Sinqapur  reytinqdə bir göstərici üzrə  4-cü yeri tutub. Çin isə iqtisadi kontekstdə ikinci yerdə qərarlaşıb.  Builki tədqiqata  toplam olaraq 75 ölkə cəlb olunub, onlardan  50 ölkə reytinqdə yer alıb. Reytinq hazırlanarkən  ali təhsilin inkişafına daha çox investisiyalar qoyan və  universitet təhsilinin yüksək  əlyetərliyi ilə seçilən ölkələr diqqətdə saxlanılıb. Reytinqlə daha ətraflı https://www.topuniversities.com/system-strength-rankings/2018 səhifəsindən tanış olmaq olar.

 

Reytinqin metodologiyası

 

Sistemin gücü.  Bu göstərici ölkənin bütün  müvafiq  kriteriyalara cavab verən ali təhsil müəssisələrinin  effektivliyinin qiymətləndirilməsi  yolu ilə  bütövlükdə  milli ali təhsil  sisteminin ümumi  durumunu əks etdirir.  Məhz  ayrıca götürülmüş bir ölkə   üçün bu göstərici QS versiyasına görə dünyanın ən yaxşı 700 universitet arasına daxil olan ali məktəblərin sayının bu ali məktəblərin orta reytinq əmsalına bölünməsi yolu ilə  hesablanır.  Hədəf hər ölkənin qlobal reytinqdəki yerini  tam  surətdə təqdim etməkdir.

 

Əlyetərlik. İkinci kateqoriya ali məktəbin əlyetərliyi ilə əlaqədardır,  bu isə indiki dövrdə  ən aktual   məsələ hesab olunur.  Çünki hazırda bütün ölkələr dünya səviyyəli ali təhsil almaq üçün  əlyetərlik imkanlarını genişləndirməyə çalışırlar.  İstənilən ölkə üçün birinci dərəcəli vəzifə beynəlxalq aləmdə tanınan universitetlərdə tələbə yerlərinin  yetərli sayının təmin olunmasıdır.   Bu göstərici  QS versiyasına görə  dünyanın 500 ən yaxşı ali təhsil müəssisəsi siyahısına daxil olan universitetlərdə  yerlərin sayının bu ölkə əhalisinin ümumi sayına bölünməsi yolu ilə əldə olunur. Bu göstəricidə hədəf ölkə sakinlərinin  dünya səviyyəli  universitetlərdə  yer almaq  imkanlarını yüksəltməkdir.

 

Aparıcı ali təhsil müəssisəsi. Beynəlxalq birlikdə  əlçatan maliyyə vəsaitlərinin  ölkənin ali təhsil sisteminə daxil olan bütün müəssisə və təşkilatlar arasında  bərabər bölməyin və yaxud bütün diqqətin yalnız dünya səviyyəli bir univertsitetə yönəldilməsinin  zəruriliyi mübahisə mövzusudur.  Ölkənin aparıcı universitetinin öz mövqeyini  birbaşa investisiyalar  sayəsində və ya ölkənin başqa təhsil müəssisələri ilə rəqabət  hesabına gücləndirməsindən asılı olmayaraq belə bir ali məktəbin mövcudluğu konkret ölkənin bütün ali təhsil sisteminin ümumi reytinqini yüksəldir.   Bu, müvafiq ölkənin aparıcı universitetinin beynəlxalq səhnədə müvəffəqiyyətini əks etdirən  standartlaşdırılmış göstəricidir. Bu göstərici belə bir ilkin şərtə əsaslanır ki, ölkənin aparıcı ali təhsil müəssisəsinin effektivliyi ümumi  təhsil sistemi üçün kreditdir.

 

İqtisadi kontekst. Heç də bütün ölkələr və ya onların ali təhsil müəssisələri maliyyə  mənbələrinə bərabər girişə malik deyil. Ölkənin iqtisadi inkişafının səviyyəsindən başqa, ali təhsilin maliyyələşdirilməsində müəyyən mədəniyyət  və  ənənələrin mövcudluğunu da nəzərə almaq lazımdır, məsələn sahə üzrə maliyyələşdirmə və ya məzunların ianələri. Bu göstəricidə iki əsas amil nəzərə alınır. Birincisi, konkret ölkənin ali təhsilinin büdcə maliyyələşdirməsinin ölçüsü. İkincisi, ayrılan və əldə olunan maliyyənin  nəticələrinin müqayisəli yolu ilə bu vasitələrdən istifadənin effektivliyi.  Göstəricinin hesablaması zamanı  əmsallardan (ilk 100-lüyə daxil olan  universitetlərə 7,  101-200-lükdə olanlara  6,  201-300-lükdə olanlara 5,  301-400-lükdə olanlara 4,  401-500-lükdə olanlara 3,  501-600-lükdə olanlara 2,  601-700-lükdə olanlara 1 bal verilir) istifadə olunur ki,  onlar da  adambaşına ÜDM göstəricisi ilə  müqayisə edilir. Beləliklə də  sonuncu göstərici,  hər bir ölkədə maliyyə vəziyyətinin beynəlxalq reytinqin  göstəricilərilə müqayisə yolu ilə milli investisiyaların ali təhsil sisteminə təsirinin qiymətləndirilməsinə yönəldilib.

 

 

 

Rey-tinq

Ölkə

Topladığı bal

Sistemin gücü

Əlyetərlik

Aparıcı ali məktəb

İqtisadi
kontekst

1.

ABŞ

100

100

100

100

100

2.

Birləşmiş Krallıq

98.6

98.7

97.6

99.5

98.3

3.

Avstraliya

93.8

91.6

99.3

97.6

86.7

4.

Almaniya

93.4

94.3

97.1

91.1

91

5.

Kanada

90.4

86.8

96.7

96.1

82

6.

Fransa

86.8

86.8

82.5

94.4

83.7

7.

Niderland

84.9

89.3

87.7

92.7

69.8

8.

Çin

84.5

88.9

52.7

96.9

99.4

9.

Cənubi Koreya

83.5

82.6

72.2

95.4

83.9

10.

Yaponiya

82.1

86.7

61.2

96.5

84

11

İtaliya

77.8

74.8

93.3

69.3

74

12

İspaniya

75.7

74

81.1

72.7

75.2

13.

İsveçrə

75.6

78.5

76.5

98.9

48.6

14.

İsveç

74.8

73

83.4

88.7

54.1

15.

Rusiya

73.8

75.6

48.3

85.6

85.8

16.

Yeni Zelandiya

73.7

64

86

88

56.6

17.

Belçika

73.2

67.4

83.5

89.9

51.8

18.

Honkonq

71.2

73.8

69.3

96.8

44.7

19.

Tayvan

70.6

70.3

62.9

89.1

60.2

20.

Finlandiya

66.6

58.3

73

84.3

50.9

21.

Argentina

65.7

49.5

57.5

89.3

66.6

22.

Danimarka

64.1

54

78.1

89.6

34.8

23.

Braziliya

62.4

54.1

37.1

80.5

77.7

24.

İrlandiya

58.9

49.8

71.6

86.9

27.1

25.

Malayziya

58.6

50.1

46.3

81.9

56.1

26.

Hindistan

58.1

62.7

2.7

68.8

98.4

27.

Avstriya

55.1

43.7

72.1

73.1

31.6

28.

Sinqapur

55

46.9

64.6

98.8

9.7

29.

İsrail

53.7

42.3

57.9

75.2

39.3

30.

Norveç

51.4

43.3

65.8

75.9

20.5

31.

Meksika

51

32.3

38.6

80.3

52.9

32.

Çili

50.8

30.7

53.7

77

41.9

33.

Cənubi Afrika Respublikası

47

32.3

27.4

63.9

64.3

34.

Kolumbiya

46.6

32.7

44.4

46.4

62.8

35.

Portuqaliya

46.3

38.7

73.7

33

39.8

36.

Səudiyyə Ərəbistanı

45.1

38

49.9

68.5

24.1

37.

Qazaxıstan

42.5

37.6

35

51.6

45.7

38.

Tailand

34.9

23.1

22.5

49

44.8

39.

İndoneziya

34.2

23

15.4

39.8

58.5

40.

Livan

31

15.9

16.8

51.9

39.4

41.

Çexiya Respublikası

30.4

19.8

55.2

29.4

17.2

42.

Misir

27.8

9.4

50.9

10.6

40.4

43.

Türkiyə

24.4

32.4

17.3

6.6

41.2

44.

Ukrayna

23.7

16.1

14.4

8.5

55.9

45.

Filippin

20.8

8.7

10

16.2

48.5

46.

Polşa

18.6

14.1

38.5

7

14.6

47.

Estoniya

17.5

8.5

24.5

29.4

7.8

48.

Yunanıstan

15.1

17.3

18.6

9.4

14.9

49.

Belarus

15

4.6

19.9

24.1

11.2

50.

Pakistan

14.7

6.5

0.2

4.5

47.6

 

Oruc MUSTAFAYEV



01.06.2018 | 11:20