Naxçıvan Dövlət Universitetinin (NDU) memarlıq və mühəndislik fakültəsində külək və günəş hibrid qida qurğusunun açılışı olub.

 

Universitetin rektoru Elbrus İsayev bildirib ki, ali məktəbdə  yeni korpuslar tikilir, yeni labarotoriya avadanlıqları alınır, tədris və təcrübi kabinələr qurulur. Külək və günəş hibrid qida qurğusunun muxtar respublikada ilk dəfə universitetdə qurulduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, yaradılan qurğu Naxçıvanda bu ixtisas üzrə peşəkar kadrların formalaşması üçün mühüm əhəmiyyətə malikdir.

 

Qurğunun iş prinsipi haqqında məlumat verən memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov  isə qeyd edib ki,  qurğunun burada qurulmasında məqsəd təkcə fakültələri elektrik enerjisi ilə təmin etmək yox, eyni zamanda tədris labarotoriyası kimi tətbiq etməkdir. Vurğulanıb ki, külək trubini gövdəsinin hündürlüyü 12 m, pərləri isə 4 m-dir və 10 Kvt enerji vermə qabiliyyətinə malikdir. 12 ədəd günəş paneli isə hər biri 280 volt olmaqla 3.3 Kvt enerji vermək gücündədir. 20 ədəd batereya hər biri 200 A. 240 Vt –dır. Diqqətə çatdırılıb ki, qurulan günəş batareyası korpusun isti su ilə təmin olunmasında xüsusi rol oynayacaq.

 

Naxçıvan Qaz-turbin elektrik stansiyasının direktoru Mürsəl Səfərov fakültə daxilində yerləşən enerji bloku haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

 

Sonda Energetika ixtisası üzrə IV kurs tələbəsi Arif Qurbanov universitetdə yaradılan bu şəraitə görə tələbələr adından öz minnətdarlığını bildirib.