Naxçıvan Müəllimlər İnstitutunun  innovasiya laboratoriyasının təşkilatçılığı ilə “Startap layihələrinin təşkili və təqdimatı” mövzusunda maarifləndirici vebinar keçirilib. Vebinarda  ali məktəbin pedaqoji, təbiət və incəsənət fakültələrinin tələbələri iştirak ediblər.

 

İnstitutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Capay Quliyev startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən danışıb, tələbələri startapla bağlı təqdimatların, layihələrin təşkilində fəal olmağa çağırıb. Sonra institutun innovasiya laboratoriyasının mütəxəssisi Səminə Rüstəmova startap layihələrinin necə tərtib olunması, hansı mərhələlərdən təşkil edilməsi,  təqdimatların hazırlanmasına dair məlumat verib, ölkəmizdə və dünyada məhşur olan startap layihələrindən danışıb.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.