Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilində görüləcək işlərə həsr olunan onlayn tədbir keçirilib.

 

MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlaması münasibəti ilə professor-müəllim və inzibati-texniki heyət üzvlərini təbrik edib.

 

Rektor yeni tədris ilində reallaşdırılması nəzərdə tutulan işlər, kafedra və dekanlıqlar tərəfindən həyata keçiriləcək tədbirlər, məsafədən dərslərin məzmununun təkmilləşdirilməsi, elektron tədris resurslarının artırılması zəruriliyi barədə ətraflı məlumat verib və müvafiq tövsiyələrini çatdırıb.

 

Microsoft Teams platformasının imkanları barədə danışan rektor universitetdə tədris prosesinin daha səmərəli monitorinqinin təşkili istiqamətində müvafiq hazırlıqların görüldüyünü bildirib.

 

Tədbrdə “videodərslər”in çəkilişinin davam etdirilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, yeni əmkdaşlıqların qurulması, təcrübənin təşkili, tələbələrin karyera imkanlarının artırılması, magistr dissertasiyaları üçün daha aktual mövzuların seçilməsi və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.